Türkiyə XİN başçısı Azərbaycana səfər edəcək

3 Noyabr 2025 16:18 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.

Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.