Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb

3 Noyabr 2025 14:06 (UTC+04:00)

Bakının Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu oğurladığı da məlum olub.

Araşdırma aparılır.