Hindistanda faciə olub - 20 nəfər ölüb, 40-dan çox yaralı var

3 Noyabr 2025 12:36 (UTC+04:00)

Hindistanda yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 20 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb. SİA xəbər verir ki, təxminən 70 sərnişin daşıyan avtobus əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub. Hindistanın Baş naziri Narendra Modi hadisə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib və yaralılara tezliklə şəfa arzulayıb.