Xalq artisti Röya Ayxanın üç günlük konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. SİA xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən möhtəşəm konsertlərdə ifaçının repertuarındakı sevilən mahnılar səslənib, səhnə şousu və canlı ifalar tamaşaçılardan alqış qazanıb.
Biletlərin qısa zamanda tükənməsi və tamaşaçı istəyini nəzərə alaraq, Röya Ayxan 9 noyabr tarixində yenidən Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Konsert proqramına sevilən hitlər, yeni ifalar və xüsusi sürprizlər daxildir.
Biletlər iticket.az saytında satışdadır.