“Bakı Bus” avtobusu qəza törətdi - xəsarət alan var

3 Noyabr 2025 12:19 (UTC+04:00)

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.

"Zabrat şossesində 139 nömrəli marşrut avtobusu ilə 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir qadın xəsarət alıb", - məlumatda qeyd edilib.