MGH-nin əməkdaşları “Medinex 2025” sərgisini ziyarət ediblər

3 Noyabr 2025 11:04 (UTC+04:00)

30 oktyabr - 1 noyabr 2025-ci il tarixlərində “Baku Expo Mərkəzi”ndə keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” ölkənin aparıcı səhiyyə müəssisələrini, tibbi texnologiya və xidmət sahəsində fəaliyyət göstərən qurumları bir araya gətirib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları da sərgini ziyarət edərək, tibbi sahədə tətbiq olunan ən son yeniliklər, müasir avadanlıqlar və innovativ diaqnostika həlləri ilə tanış olublar.

Ziyarət zamanı hospitalın müxtəlif şöbələrinin mütəxəssisləri beynəlxalq və yerli istehsalçıların təqdim etdiyi tibbi cihaz, laborator sistemlər, rəqəmsal texnologiyalar və tibb təhsili istiqamətindəki innovativ layihələrlə yaxından maraqlanıblar.

Qeyd edək ki, “Medinex” sərgisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə təşkil olunur və ölkənin səhiyyə sektorunda ən mühüm peşəkar platformalardan biri hesab edilir.