Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı Topçubaşov küçəsi ev 84-də pəncərə düzəldərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-də orada ölüb.