Azərbaycan və Ukrayna səhiyyə sənayesi sahəsində işbirliyin dərinləşdirilməsini, dərman vasitələrinin birgə istehsalını müzakirə edib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata əsasən, müzakirələr nazir müavini Səməd Bəşirli ilə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko arasındakı görüşdə aparılıb.
Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.