Nyu-York birjasında təbii qaz ucuzlaşıb

3 Noyabr 2025 09:44 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,44% aazalaraq 4,106 ABŞ dolları təşkil edib.