Nigeriyadakı əməliyyatlarda ABŞ qüvvələri iştirak edə bilər - Tramp

3 Noyabr 2025 06:17 (UTC+04:00)

Amerika hərbçiləri Nigeriyadakı hərbi əməliyyatlarda iştirak edə bilərlər. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, jurnalistlərin “Nigeriyada ABŞ-ın hərbi müdaxiləsinin mümkünlüyü ola bilər?”sualına: “Hər şey mümkündür, mən çox şey təsəvvür edə bilərəm”, - deyə bildirib.