...Lüks kurortları ilə tanınan Maldiv adaları 2006-cı ildən sonra doğulan hər kəs üçün sərt siqaret qadağası tətbiq edib. SİA xəbər verir ki, DW-nin məlumatına görə, qadağa turistlərə də aiddir.
Qadağa 1 noyabrdan qüvvəyə minib.
Yeni qanuna görə, 1 yanvar 2007-ci il tarixində və ya ondan sonra doğulan şəxslərə hər hansı bir tütün məhsulu almaq, istifadə etmək və ya hətta satmaq qadağandır.
Bu qadağanı tətbiq etməklə ölkə hakimiyyəti zərərli vərdişlərin yeni nəsil vətəndaşlara yayılmasının qarşısını almağa ümid edir.
Bu arada, ölkədə yaşından asılı olmayaraq hər kəs üçün elektron siqaretlərə və veyplərə tam qadağa qoyulub. Buraya bu cihazları gətirməsi və ya istifadə etməsi qadağan olan turistlər də daxildir.
Hər iki qanunu pozanlar böyük cərimələrlə üzləşirlər. Gənclər üçün siqaretlər 50.000 rufiyaa (təxminən 2800 avro), veyplər isə 5000 avro (280 avro) cərimə ilə üzləşirlər.
Əli Babayev