Sumqayıtda avtomobil kanala düşüb

2 Noyabr 2025 12:56 (UTC+04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosu məlumat verir ki, "Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.