Salyanda “Haval” markalı minik avtomobili yanıb

2 Noyabr 2025 12:04 (UTC+04:00)

Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) “Haval” markalı minik avtomobilinin yanar hissələri yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.