İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

1 Noyabr 2025 19:28 (UTC+04:00)

İsmayıllı stansiyasından 20 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.