Billi Ayliş milyarderləri ehtiyacı olanlara pul verməyə çağırır...

31 Oktyabr 2025 20:36 (UTC+04:00)

...Billi Ayliş 2025-ci il WSJ İnnovator Mükafatlandırma mərasimində emosional çıxışı ilə milyarderlərlə qarşılaşıb... ...Biz qaranlıq və qorxulu bir dövrdə yaşayırıq. İnsanların, xüsusən də ölkəmizdə, empatiyaya və köməyə həmişəkindən daha çox ehtiyacı var. Əgər pulunuz varsa, onu yaxşılığa sərf etmək və ehtiyacı olanlara vermək əla olardı. Burada məndən daha çox pulu olan insanlar var. Əgər milyardersinizsə, niyə də yox?.

SİA-nın məlumatına görə, belə bir çıxışla 23 yaşlı müğənni mərasimin qonaqlarına, o cümlədən Mark Zukerberq və həyat yoldaşı Priscilla Chana müraciət edib.

Qeyd edilməlidir ki, Ayliş qida bərabərsizliyi və iqlim dəyişikliyi ilə mübarizə aparan təşkilatlara 11,5 milyon dollar bağışlayaraq qlobal ədalətsizliyə necə qarşı mübarizə aparacağını göstərmək qərarına gəlib.

Yeri gəlmişkən, bu, Billinin ilk ekoloji cəhətdən təmiz təşəbbüsü deyil: onun "Hit Me Hard and Soft" vinil albomları təkrar emal olunmuş materiallardan, məhsulları üzvi pambıqdan və konsert afişaları təkrar emal olunmuş materiallardan hazırlanmışdır.

Son turnesi zamanı müğənni həmçinin Google Maps ilə əməkdaşlıq edərək pərəstişkarlarını konsertlərə velosipedlə və ya ictimai nəqliyyatla getməyə təşviq edib.

Nazlı Almuradova