Xınalıq dünyanın ən yaxşı turist kəndləri siyahısında...

31 Oktyabr 2025 22:36 (UTC+04:00)

...Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatı (BMTÜT) Dünyanın ən yaxşı kəndlərinin siyahısını tərtib edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə untourism.int. bildirir.

Siyahıya İslam ölkələri də daxil olmaqla 29 ölkədən 52 kənd daxildir.

Siyahıya daxil olmaq üçün dünyanın hər yerindən ümumilikdə 270 müraciət təqdim edilib.

Türkiyənin dörd kəndi cəlbedici turizm məkanları kimi qeyd edilib: Muğla əyalətindəki Akyaka, İzmir əyalətindəki Barbaros, Mardindəki Anıtli və Antalyadakı Kale Uçağız...

Siyahıya İranın üç kəndi daxil edilib: Candelous, Şafiabad və Soheyli.

BMT ekspertləri həmçinin Azərbaycanın dağlıq Xınalıq kəndini, Bosniyanın Krupa na Vrbasu kəndini, İordaniyanın Azraq kəndini və İndoneziyanın Pemuteran kəndini də qeyd ediblər.

Qeyd edək ki, dünyanın ən yaxşı kəndlərinin siyahısı 2021-ci ildən bəri BMT-nin Kənd İnkişafı üçün Turizm proqramının bir hissəsi olaraq hər il tərtib olunur.

Təşəbbüsün məqsədi yerli sakinlərin işlə təmin olunmasına və adət-ənənələrin qorunmasına kömək etmək üçün kənd yerlərinə turist cəlb etməkdir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy siyahının açıqlanması zamanı bildirib ki, “Biz turizmə təkcə iqtisadi fəaliyyət kimi deyil, həm də mədəni irsimizi qorumağa və yerli inkişafı dəstəkləməyə kömək edən bir qüvvə kimi baxırıq”.

Nazlı Almuradova