Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb - Hikmət Hacıyev

31 Oktyabr 2025 12:30 (UTC+04:00)

Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır", -deyə o qeyd edib.