Bakıda bədii gimnastika üzrə beynəlxalq “Ocaq Cup” turniri start götürüb

31 Oktyabr 2025 11:39 (UTC+04:00)

Bakıda bədii gimnastika üzrə 4-cü beynəlxalq “Ocaq Cup” turniri start götürüb. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 2016-2019 yaş kateqoriyası üzrə idmançılar müxtəlif alətlərdə fərdi proqramda çıxış ediblər.

13 ölkədən ümumilikdə 339 gimnast iştirak etdiyi turnirə noyabrın 2-də yekun vurulacaq.