Bu gün Misli Premyer Liqasında X tura start veriləcək. SİA xəbər verir ki, günün yeganə oyununda "Qarabağ" “İmişli” ilə qarşılaşacaq.
"Azərsun Arena"da baş tutacaq görüş saat 17:00-da başlayacaq.
Bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci, "İmişli" isə 12 xalla yeddinci yerdədir.
Qeyd edək ki, X turun matçları noyabrın 2-də başa çatacaq.