Hövsanda bu gün qaz olmayacaq

31 Oktyabr 2025 09:54 (UTC+04:00)

Suraxanı rayonu, Hövsan QTM-də (Qaz Tənzimləyici Məntəqə) aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar 31.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan SİA-ya verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.