Bakıda maşın 37 yaşlı qadını vuraraq öldürüb

31 Oktyabr 2025 09:36 (UTC+04:00)

Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə “Dövlət Bayraq” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.