Bakıda avtomobil qadını vuraraq öldürüb

31 Oktyabr 2025 09:13 (UTC+04:00)

Bakıda maşın qadını vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Pərvin Şükürov idarə etdiyi "Renault" markalı avtomobili ilə piyada 1989-cu il təvəllüdlü Könül Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.