Xersonda ardıcıl partlayışlar baş verdi

31 Oktyabr 2025 08:12 (UTC+04:00)

Ukraynanın Xerson şəhərində ardıcıl partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “İctimai Xəbərlər” nəşri məlumat yayıb.

Partlayışların hava hücumundan müdafiə sistemlərinin işi ilə əlaqədar olduğu bildirilib. Hazırda Xerson vilayətində hava həyəcanı siqnalı elan edilib.