Ulduzlararası müəmmalı obyektin rəngi dəyişdi

31 Oktyabr 2025 04:51 (UTC+04:00)

Harvard astrofiziki Avi Lebin mümkün yadplanetli aparat hesab etdiyi ulduzlararası "3I/ATLAS" obyekti Yerə yaxınlaşarkən qəfil rəngini dəyişib və parıltısını kəskin şəkildə artırıb. SİA xəbər verir ki, bu barədə "ArXiv.org" platformasında dərc olunmuş yeni tədqiqatda qeyd olunub. Astronomlar Çiçen Çjan və Karl Bettamsın 28 oktyabr tarixli müşahidələrinə əsasən, Günəşə yaxınlaşarkən obyekt şüalanmanı spektrin qırmızı hissəsindən mavi hissəyə keçirib və parlaqlığını bir neçə dəfə artırıb. Avi Leb öz məqaləsində qeyd edib ki, bu cür rəng və intensivlik dəyişikliklərini adi kometalarla izah etmək mümkün deyil. Obyektin temperaturu Günəşin temperaturunu belə üstələyə bilər. Alim əlavə edib ki, temperaturun qəfil yüksəlməsi mühərrik qurğusunun işləməsi ilə əlaqəli ola bilər ki, bu da "3I/ATLAS"ı məlum kosmik cisimlər arasında unikal edir.

Onun sözlərinə görə, obyekt qeyri-qravitasiya təcili göstərir və Yupiter, Venera və Marsın yaxınlığından keçərək anomal trayektoriya üzrə hərəkət edir. Lebin fikrincə, bu amillər onun süni mənşəli olması ehtimalını irəli sürməyə imkan verir.