Oktyabrın 30-da cümə axşamı Ankarada Almaniya Kansleri Fridrix Mertsin rəsmi qarşılanma mərasimi keçirilib.
SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətinin başçısını Beştəpə rayonundakı Prezident Kompleksində qarşılayıb, daha sonra təkbətək və geniş formatlarda danışıqlar başlayıb.
Türkiyəyə səfərindən əvvəl Merts sosial mediada Berlin ilə Ankara arasındakı münasibətlərin “xüsusi və çoxşaxəli xarakter daşıdığını” yazıb.
“Türkiyənin, xüsusən də xarici siyasət və təhlükəsizlik, eləcə də miqrasiya, enerji və ticarət sahələrində mövqeləri Almaniya üçün əhəmiyyətlidir. Bu mövqelər ölkələrimiz arasında sıx tərəfdaşlığın daha da genişləndirilməsinə yönəldilib”, - deyə kanslerin paylaşımında bildirilir.
Danışıqların yekunları üzrə Türkiyə və Almaniya liderlərinin mətbuat konfransı keçiriləcək.