Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunda üçüncü olub

30 Oktyabr 2025 16:32 (UTC+04:00)

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb. SİA xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-dək davam edəcək turnirdə 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Xatırladaq ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.