Zəfər Günü münasibətilə Gədəbəydə 1400-dən çox ağac əkilib

30 Oktyabr 2025 16:21 (UTC+04:00)

Gədəbəydə 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhid ailələri və müharibə iştirakçılarının da qatıldığı aksiyada rayon mərkəzi və kəndlərdə yerli iqlim şəraitinə uyğun 1400-dən çox müxtəlif növ ağac əkilib.

Ərazilərin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi nəzərdə tutulur. Aksiyanın məqsədi ekoloji tarazlığın, ətraf mühitin qorunmasına töhfə vermək olub.