Mehdiyev işi: Baş redaktor saxlanıldı - FOTO

30 Oktyabr 2025 13:06 (UTC+04:00)

Hüquq-mühafizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib. SİA xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.