Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd istilik elektrik stansiyasına kütləvi zərbələr endirib. SİA xəbər verir ki, bu barədə "Strana.ua" mənbələrinə istinadən məlumat yayıb. “Bu gün Rusiya Ukraynanın Lvov vilayətindəki "Dobrotvir" İES-ə, İvano-Frankovsk vilayətindəki "Burştın" və "Kaluş" İES-ə, Vinnitsa vilayətindəki "Ladıjin" İES-ə hücum edib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, "Burştı"nın özündə qırx dəqiqədir ki, partlayış səsləri eşidilir.