Futbol üzrə II Liqada çıxış edən "Şəmkir" klubu azarkeşlərin hərəkətləri ucbatından 1200 manat ziyana düşüb. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi VI turda "Qaradağ Lökbatan"la oyunda yaşananlara görə cərimələnib.
Klub matçdan sonra fanatların meydana daxil olması səbəbindən 500 manat ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə yaşanıb.
Tərəfdarlar meydana kənar əşyalar da atıblar. "Şəmkir" buna görə 200 manat cərimə edilib. Bundan əlavə, tərəfdarlar hakimləri təhqir etdiyi üçün II Liqa komandası 500 manat da ödəyəcək.