Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb

30 Oktyabr 2025 12:22 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb. SİA Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-i aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.