“My trip to Karabakh” kitabının təqdimatı keçirilir - YENİLƏNİR/FOTOLAR

30 Oktyabr 2025 12:08 (UTC+04:00)

Nik Nvolisanın "My trip to Karabakh" (Qarabağa səfərim) kitabının təqdimat və imza mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə kitabın müəllifi, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak edirlər.

Tədbirdə həmçinin BAMF-ın prezidenti Umud Mirzəyev, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi və BAMF-ın Himayəçilik Şurasının sədri Çingiz Abdullayev, TISA-nın direktoru Angela Romney, eləcə də Milli Məclisin deputatları Fazil Mustafa, Zahid Oruc, Hikmət Babaoğlu, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Xalq Qəzeti”nin baş redaktoru Əflatun Amaşov, yazıçılar, alimlər, müəllimlər və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirin məqsədi müəllifin Qarabağa səfər təəssüratlarının, bölgədə aparılan bərpa və quruculuq proseslərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Qarabağ həqiqətlərinin təbliği və mədəni əlaqələrin daha da gücləndirilməsidir.

Mərasim çərçivəsində müəllif iştirakçılarla söhbət edir, kitab haqqında məlumat verir və oxucular üçün imza sessiyası keçirilir.