“Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Qan Bankı və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə talessemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin müdiri Günel Mehdiyeva deyib.
O bildirib ki, hazırda bu saata kimi 400-ə yaxın vətəndaş qan vermək üçün müraciət edib: “Donorlar Respublika Qan Bankının tibbi briqadası tərəfindən müayinə olunur, yararlı donorlardan qan götürülür. Götürülmüş qan Respublika Qan Bankının labaratoriyalarında müayinələrdən keçiriləcək və müvafiq xəstələr üçün istifadəyə göndəriləcək”.