Oktyabırn 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Qırız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimer qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.