Paşinyan xalqa Azərbaycanla bağlı müraciət etdi

30 Oktyabr 2025 11:28 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri Azərbaycanla sülhə hazırlaşmağa çağırıb. SİA xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan vətəndaşları qarşıdan gələn parlament seçkilərində sülh gündəmini dəstəkləməlidirlər, çünki Cənubi Qafqaz artıq uzun illərdən sonra ilk dəfə sülh şansına malikdir.

"Mən əminəm ki, Ermənistan xalqı bizim bu günə qədər əldə etdiyimizi dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəmini və sülh prosesini dəstəkləyəcəklər", - hökumət başçısı bildirib.

O, həmçinin Azərbaycanla sazişin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında bağlandığına əminliyini ifadə edib.