Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb.
Qəza zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.