Pavel Durov yeni layihə təqdim etdi

30 Oktyabr 2025 08:12 (UTC+04:00)

"Telegram" sosial şəbəkəsinin qurucusu Pavel Durov "Cocoon" adlı yeni layihəsini təqdim edib. SİA xəbər verir ki, o, bu barədə Dubayda keçirilən "Blockchain Life 2025" forumunda danışıb. "Cocoon" süni intellekt hesablamaları üçün mərkəzləşdirilməmiş şəbəkə olacaq. Beləliklə, tərtibatçılar öz infrastrukturlarına böyük investisiya qoymadan süni intellektdən istifadə edə biləcəklər. Durov "Cocoon"u noyabr ayında istifadəyə verməyi planlaşdırır.