Hande Bekhemlə reklama çəkildi

30 Oktyabr 2025 07:40 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası Hande Erçel və İngiltərə futbolunun əfsanəsi Devid Bekhem ortaq layihədə kamera qarşısına keçiblər. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, iki ulduz isim Qətərin istehsal etdiyi yeni reklam filmində rol alıb. Çəkilişləri artıq tamamlanan layihənin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Məlumata görə, layihə fərqli sahələrdə dünya miqyasında tanınan iki məşhurun eyni ekran işində bir araya gəlməsi ilə diqqət çəkir. Reklam filminin mövzusu və məzmunu barədə isə hələlik detallı məlumat paylaşılmayıb.