Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” əsas mərhələdə ilk oyununa çıxıb. SİA xəbər verir ki, 7-ci qrupda yer alan ölkə çempionu I tur matçında Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə qarşılaşıb.
Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçirilən matç Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə bitib.