“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanı, Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə Əlaçısı Mircəlal Kazımini, Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Dr.Kamran Beydullayevi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Buynuz qişa transplantasiyası şöbəsinin oftalmoloqu Cəmil Həsənovu Azərbaycanda kadaver transplantasiyasının təşviqi sahəsində verdiyi töhfələrə və dəyərli xidmətlərinə görə təşəkkürnamə plaketi ilə təltif edib.
Təltif olunan həkimləri səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq!