Hazırda Ağdaş və Abşeron rayonlarında iki enerji saxlanc sisteminin inşası ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Həmin sistemlər birgə fəaliyyətlə şəbəkəmizə dəstək verəcək. Bu da yaşıl enerji mənbələrinin artırılmasına köməklik göstərəcək. SİA xəbər verir k, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın kifayət qədər böyük saxlanc sistemi olacaq.
“Saxlanc sistemlərinin daha geniş istifadəsi ilə bağlı hazırda xüsusi müzakirələr aparılır. Layihələrimizin böyük əksəriyyəti reallaşdıqca hər biri özləri üçün saxlanc sistemi qurmaq məcburiyyətində olacaqlar. Yaşıl enerjidən istifadənin həcmi artdıqca şəbəkə ilə bağlı problemlər də meydana gəlir. Bu problemlərin qarşısının alınması üçün müəyyən tədbirlər görmək lazımdır. Yaşıl enerjinin istehsalı, nəqli və ixracı üçün sistemli yanaşma həyata keçirilir”,- deyə C. Abdullayev nəzərə çatdırıb.