Sumqayıt şəhərində ağac kəsilməsi faktı üzə prosessual araşdırma aparılır. DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli SİA-ya bildirib ki, şəhərin Nəsimi parkında yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib.
Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.