Astarada 17 yaşlı qız toy gecəsi ölüb

29 Oktyabr 2025 10:43 (UTC+04:00)

Astarada dünən toyu olan gəlin bu gün ölüb. SİA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.