İsrail Qəzzaya hava zərbələri endirdi

29 Oktyabr 2025 02:15 (UTC+04:00)

İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub.

Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

"Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.

Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq ölkənin hərbi qüvvələrinə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb.

Əlavə məlumat verilmir.