Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start veriləcək. SİA xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “Karvan-Yevlax”, “İmişli”, “Kəpəz” və “Turan Tovuz” meydana çıxacaq.
“Şimal” – “Şahdağ Qusar”, “Xankəndi” – “Difai”, “Zaqatala” – “Sumqayıt”, “Qəbələ” – “Mingəçevir”, “Səbail” – “Şamaxı” və “Neftçi” – MOİK görüşləri sabah keçiriləcək.
Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi
28 oktyabr
14:00. “Göygöl” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov
Buzovna qəsəbə stadionu
14:00. “Karvan-Yevlax” – “Sheki City”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev
Şamaxı şəhər stadionu (canlı / “CBC Sport”)
14:00. “Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə
Quba OİK stadionu
14:00. “Cəbrayıl” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev
Şamaxı OİK stadionu
14:00. “Kəpəz” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev
Qəbələ şəhər stadionu
17:00. “Dinamo” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov
“Azersun Arena” (canlı / “CBC Sport”)