Göygöldə 20 yaşlı şəxs bıçaqlanıb

28 Oktyabr 2025 09:58 (UTC+04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndinin yaxınlığında qeydə alınıb.

Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.