Zaqatalada dava zaman xəstəxanaya yerləşdirilən şəxs bir həftə sonra ölüb

28 Oktyabr 2025 09:08 (UTC+04:00)

Zaqatalada dava zaman döyülərək xəstəxanaya yerləşdirilən 41 yaşlı İsgəndər Musayev bir həftə sonra ölüb. SİA-nın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, oktyabrın 20-dən 21-ə keçən gecə reanimasiya şöbəsinə yerləşdirilən İsgəndər Musayevə bütün tibbi yardımlar göstərilib. Bütün bunlara baxmayaraq o, bir həftə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib. Baş vermiş hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi araşdırmalarla məlum olub ki, İsgəndər Musayevi Yuxarı Tala kəndi ərazisində tanışları, Hafiz Hacıyev və Rasim Abbasov döyüblər.

İsgəndər Musayevi döyməkdə şübhəli bilinən Hafiz Hacıyev və Rasim Abbasov hadisə yerini tərk ediblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.