Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub - FOTOLAR

28 Oktyabr 2025 08:06 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ankaraya səfəri zamanı KAAN beşinci nəsil hərbi təyyarə layihəsinin hazırlandığı TUSAŞ müdafiə şirkətində olub. SİA xəbər verir ki, Böyük Britaniya Baş nazirini Türkiyənin milli müdafiə naziri Yaşar Güler müşayiət edib.

Kir Starmer Türkiyənin prioritet müdafiə layihələrindən birinin realizə prosesi barədə məlumatlandırılıb, KAAN təyyarəsinin prototipi ilə tanış olub.

Britaniya nümayəndə heyətinə həmçinin Britaniya müdafiə naziri Con Hili və Hərbi Hava Qüvvələrinin baş komandanı Harv Smit də daxil olub.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts Ankaraya səfər edəcək.