Malavidə aclıq - Fəlakət rejimi elan edildi

28 Oktyabr 2025 07:55 (UTC+04:00)

Şərqi Afrikadakı Malavi Respublikasında quraqlıq aclıq təhlükəsi yaradıb. SİA xəbər verir ki, paytaxt da daxil olmaqla, ölkənin 28 əyalətindən 11-də fəlakət rejimi elan edilib. Bu barədə ölkə prezidenti Peter Mutarika açıqlama verib. Respublika lideri beynəlxalq ictimaiyyəti sakinlərə kömək etməyə çağırıb. Hökumətin hesablamalarına görə, ölkədə 4 milyon insan və ya ümumi əhalinin 22%-i aclıq təhlükəsi ilə üzləşib.