Ərdoğan zəlzələ ilə bağlı prosesi nəzarətə götürdü

28 Oktyabr 2025 00:57 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb. SİA xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik", - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.